İdman

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilib - FOTO

31 Yanvar 2020 17:31
Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

27-31 yanvar 2020-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzi və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 17 komandadan 70-ə yaxın əməkdaş iştirak edib.

Beynəlxalq dərəcəli baş hakim Leyla Sarıyevanın idarə etdiyi turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və şəxslər müəyyən olunub.

Komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayaraq birinci olub. Çempionatda ikinci yerə Dövlət Yanğından Mühafizə Xidməti, üçüncü yerə isə Mülki Müdafiə Qoşunlarının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Vüsal Abbasov (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yeri Vaqif Pişiyari (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti) , üçüncü yeri isə Fuad Əliyev (Bakı Regional Mərkəzi) qazanıb.

FHN-in İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatda fərqlənənləri təbrik edib, onları diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.