"Qarabağ"ın yeni hücumçusundan keçmiş klubuna sərt sözlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın yeni transferi Ovusu Kvabena İspaniya "Kordoba" klubunun baş məşqçi Raul Aqneni ittiham edib.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qanalı hücumçu ispan mütəxəssisin ona alçaldıcı münasibət bəslədiyini bildirib
"Elə bir baş məşqçi tanımıram ki, mənə dediyi sözləri ona hər şeyini verən digər oyunçu barədə səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika Kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın. "Rekreativo" ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi".
Ovusu "Kordoba"nın idman direktoru Alfonso Serrano barədə də sözlər deyib:
"Qarabağ"dan təklif gəldi. Onlar "Leqanes"lə razılığa gəldikdən sonra mənimlə əlaqə saxladılar. Ancaq həmin vaxt Serrano mənə fikirlərini dəyişdiklərini söylədi. O dedi ki, Aqne yeni oyunçu alınana qədər səni buraxmaq istəmir. "Kordoba" rəhbərliyi isə həm "Leqanes", həm də "Qarabağ"a transferlə bağlı razılıq vermişdi. Ancaq mən idman direktorunun belə deməsinə baxmayaraq, bazar günü düşərgəni tərk etdim. Çünki mənimlə danışmayan məşqçi ilə işləmək ağır idi. "Kordoba"ya ödəməli olduğum 8 min avronu isə "Qarabağ" verdi".
23 yaşlı futbolçu azarkeşlərə təşəkkür edib və ayrılığında yeganə günahkarın Aqne olduğunu bildirib.
"Qarabağ" Ovusunu La Liqa təmsilçisi "Leqanes"dən transfer edib. Qanalı forvard mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)





