"Qarabağ"ın yeni hücumçusundan keçmiş klubuna sərt sözlər

27 Yanvar 2020 14:16

"Qarabağ"ın yeni transferi Ovusu Kvabena İspaniya "Kordoba" klubunun baş məşqçi Raul Aqneni ittiham edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qanalı hücumçu ispan mütəxəssisin ona alçaldıcı münasibət bəslədiyini bildirib

"Elə bir baş məşqçi tanımıram ki, mənə dediyi sözləri ona hər şeyini verən digər oyunçu barədə səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika Kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın. "Rekreativo" ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi". 

Ovusu "Kordoba"nın idman direktoru Alfonso Serrano barədə də sözlər deyib:

"Qarabağ"dan təklif gəldi. Onlar "Leqanes"lə razılığa gəldikdən sonra mənimlə əlaqə saxladılar. Ancaq həmin vaxt Serrano mənə fikirlərini dəyişdiklərini söylədi. O dedi ki, Aqne yeni oyunçu alınana qədər səni buraxmaq istəmir. "Kordoba" rəhbərliyi isə həm "Leqanes", həm də "Qarabağ"a transferlə bağlı razılıq vermişdi. Ancaq mən idman direktorunun belə deməsinə baxmayaraq, bazar günü düşərgəni tərk etdim. Çünki mənimlə danışmayan məşqçi ilə işləmək ağır idi. "Kordoba"ya ödəməli olduğum 8 min avronu isə "Qarabağ" verdi".

23 yaşlı futbolçu azarkeşlərə təşəkkür edib və ayrılığında yeganə günahkarın Aqne olduğunu bildirib.

"Qarabağ" Ovusunu La Liqa təmsilçisi "Leqanes"dən transfer edib. Qanalı forvard mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib.

Milli.Az