İdman

"Qəbələ"nin son rəqibi dəyişdi

21 Yanvar 2020 10:39
0 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən "Qəbələ"nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.

Milli.Az xəbər verir ki, "qırmızı-qaralar" Antalya şəhərindəki təlim-məşq toplanışındakı 4-cü matçda Rumıniyanın "Konkordiya" klubu ilə görüşəcək. Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən həmin gün Bolqarıstanın "Dunav" klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın 2-ci liqa təmsilçisi olacaq.

Antalyada iki yoxlama matçı keçirən "Qəbələ" Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi "Çayka"ya eyni hesabla qalib gəlib. Komanda yanvarın 22-də Bolqarıstanın "Etar" klubu ilə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.