İdman

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan karate üzrə beynəlxalq turnir bitdi - FOTO

20 Yanvar 2020 17:39
0 Şərh     Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir sona yetib.

Milli Karate Federasiyasından Milli.Az-a verilən məlumata əsasən, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkə, o cümlədən İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər çıxış ediblər.

Yekun nəticəyə əsasən "Qara Qaplan" klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan "Pashayev" (Ukrayna) klubu isə üçüncü sıranı tutub. Yarışı milli hakimlərimizlə birgə 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.