İdman

İkinci dubl və Türkiyədəki bombardir

17 Yanvar 2020 20:50
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" hazırlıq çərçivəsində ikinci yoxlama oyununda Rumıniyanın "Sepsi" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qartallar"ın qonşu ölkədəki beynəlxalq sınaq matçlarında 12-ci qələbəsi olub. 28-ci belə görüşünə çıxan komandanın hesabında 5 heç-heçə və 11 məğlubiyyət də var. 38 qol vuran "Zirə" 28 top buraxıb.

"Sepsi" ilə matçda hər iki qola Riçard Qadze imza atıb. Bununla da qanalı hücumçu "Zirə"nin beynəlxalq yoxlama görüşlərindəki vahid bombardiri olub. 2017-ci ilin yayında "Kolumbe Sportive" (Kamerun) üzərindəki 8:0 hesablı qələbəyə də dublla töhfə verən forvard ümumilikdə 4 dəfə fərqlənib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.