İdman

"Real" 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub

13 Yanvar 2020 08:40
1 Şərh     Baxış: 1 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında İspaniya Super kubokunun final qarşılaşması keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, finalda Madrid şəhərinin iki təmsilçisi "Real" və "Atletiko" qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında komandalar hesabı aça bilməyiblər.

Oyunun 116-cı dəqiqəsində "Atletiko"nun müdafiəçisi Federiko Valverde qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb.

Penaltilər seriyasında "Real" rəqibini 4:1 hesabı ilə məğlub edərək 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.