İdman

Beqoviç "Qarabağ"da qala bilər

8 Yanvar 2020 10:23
0 Şərh     Baxış: 941
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bornmut"un qapıçısı Asmir Beqoviç icarə müqaviləsinin başa çatdığı "Qarabağ"da qala bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bosniyalı qolkiper üçün ingilis klublarının göndərdikləri təklifləri rədd edib.

Beqoviçlə Premyer Liqa təmsilçisi "Vest Hem" yaxından maraqlanırdı. Lakin ölkə çempionatında düşmə zonasında olan "Bornmut" klubu bu mübarizədə əsas rəqiblərindən olan "Vest Hem"i gücləndirməmək üçün təklifi müsbət cavablandırmayıb.

Beqoviçin yenidən icarə əsasında "Qarabağ"da oynayacayağı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.