İdman

"Sumqayıt"ın daha iki rəqibi bəlli oldu

5 Yanvar 2020 21:04
0 Şərh     Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sumqayıt"ın Antalya toplanışı zamanı yoxlama oyununda qarşılaşacağı daha iki rəqibi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası yanvarın 14-də Macarıstanın 2-ci liqa təmsilçisi "Rakotsi" ilə üz-üzə gələcək. "Sumqayıt" yanvarın 18-də isə Rumıniyanın yüksək liqasında çıxış edən "Politexnika" ilə qarşılaşacaq.

Xatırladaq ki, "Sumqayıt" hazırlıq müddətində yanvarın 21-də "Arka" (Polşa) ilə qarşılaşacağı əvvəlcədən məlum idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.