İdman

Makqreqor Nurməhəmmədovu geridə qoydu

31 Dekabr 2019 09:48
1 Şərh     Baxış: 2 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı idmançı Həbib Nurməhəmmədov "MMA Junkie" portalının versiyasına əsasən son on illiyin ən yaxşı döyüşçüləri siyahısında səkkizinci yeri tutub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ona UFC çempionluğunu uduzan irlandiyalı Konor Makqreqor isə həmin reytinqində beşinci olub.

Siyahının birinci yerində yarımağır çəkidə UFC kəmərinin sahibi, amerikalı döyüşçü Con Cons qərarlaşıb. Daha sonrakı yerləri daha iki ABŞ idmançısı - Demetrius Conson və Deniel Kormye tutublar.

Xatırladaq ki, 2018-ci ildə Makqreqora qarşı döyüş keçirən Nurməhəmmədov UFC üzrə ən yüngül çəki dərəcəsində çempion kəmərinin sahibidir. 2019-cu ildə amerikalı Dastin Porye ilə üz-üzə gələn Həbib liderliyini qoruyub saxlaya bilib. 2020-ci il aprelin 19-da isə o, Toni Ferqüsonla döyüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.