İdman

İtaliyalı futbolçuya Azərbaycandan təklif - Ya "Qarabağ", ya "Neftçi"

30 Dekabr 2019 20:59
0 Şərh     Baxış: 1 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Buxarest "Dinamo"sunun yarımmüdafiəçisi Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  29 yaşlı futbolçu Azərbaycandan olduqca cəlbedici təklif alıb və onu qəbu etməyə hazırdır.

Fabbrinin Buxarest klubunun rəhbərliyi ilə görüşərək komandadan gedəcəyini söylədiyi bildirilir. Rumın mətbuatı futbolçunun "Neftçi" və ya "Qarabağ"la müqavilə imzalayacağını iddia edib.

Qeyd edək ki, İtaliya millisində bir oyun keçirmiş Fabbrini karyerası ərzində "Empoli", "Udineze", "Palermo", "Uotford", "Birmingem", "Midlsbro" kimi klublarda çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.