"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen ata olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, dekabrın 28-də almaniyalı qolkiperin oğlu dünyaya gəlib.
Ter Ştegen bu barədə şəxsi Tvitter səhifəsində paylaşım edib: "Həyatımızda unudulmaz bir gün. Bu dünyaya və həyatımızda xoş gəldin, Ben ter Ştegen. Biz səni sevirik!"
Milli.Az