İdman

Kamal Mirzəyevdən Küveytdə növbəti qol

26 Dekabr 2019 08:33
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl-Salmiyə" klubunda növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda "Prince Cup"ın ilk mərhləsində "Əl-Cəhrə" ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda isə hesab dəyişməyib. Penaltilər seriyasında isə "Əl-Salmiyə" məğlub olub və mübarizəni dayandırıb.

Matçın 60-cı dəqiqəsində oyuna daxil olan Mirzəyev 72-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu, Kamalın Küveyt klubunda vurduğu 2-ci qoldur.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi bu yay "Qəbələ"dən "Əl-Salmiyə"yə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.