İdman

Dünyanın ən yüksəködənişli klublarının siyahısı açıqlandı

23 Dekabr 2019 18:49
0 Şərh     Baxış: 1 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən yüksəködənişli idman klublarının siyahısı açıqlanıb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bonuslar nəzərə alınmadan orta aylıq maaşların əsas götürüldüyü siyahıya İspaniya nəhəngləri başçılıq edir.

Ötənilki kimi zirvədə "Barselona" və "Real" qərarlaşıb. "Yuventus" isə 9-cu pillədən 3-cü yerə sıçrayıb. Bu da Kriştianu Ronaldonun keçidi sayəsində mümkün olub.

İlk üç yeri futbol klubları tutursa, növbəti 8 pillədə basketbol komandaları qərarlaşıb. Daha bir futbol nəhəngi PSJ 12-ci sıradadır.

1. Barselona - 11 081 282 avro
2. Real - 10 062 090 avro
3. Yuventus - 9 119 076 avro
4. Portlend Treyl Bleyzers (basketbol) - 9 058 786 avro
5. Qolden Stgyt Uorriorz (basketbol) - 8 952 374 avro
6. Orlando Mecik (basketbol) - 8 550 449 avro
7. Oklahoma-Siti Tander (basketbol) - 8 511 030 avro
8. Denver Naqqets (basketbol) - 8 402 631 avro
9. Mayami Hit (basketbol) - 8 390 572 avro
10. Klivlend Kavalyers" (basketbol) - 8 308 078 avro
11. Hyuston Rokets (basketbol) - 8 266 078 avro
12. PSJ - 8 061 793 avro

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.