Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. İlk olaraq "Zirə" "Səbail"i qəbul edib. Komandalar arasında "ASCO Arena"dakı birinci oyunda hesab açılmayıb. Bu matçda isə meydan sahibləri 1:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
Günün digər matçında "Sabah" "Qəbələ"ni qəbul edib. İlk görüşdə 3 cavabsız qolla qalib gələn əyalət təmsilçisi bu dəfə 3:2 hesablı qələbə ilə yarımfinala adlayıb.
"Qəbələ" bu mərhələdə "Zirə" ilə qarşılaşacaq. Yarımfinal oyunları gələn ilin aprelində keçiriləcək. Komandalar ayın 22-də Qəbələdə, 29-da Bakıda qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri sabah keçiriləcək.
19 dekabr
18:00. "Sabah" - "Qəbələ" - 2:3
Qollar: Davit Volkov, 22 (0:1), 23 (0:2), Bəhlul Mustafazadə, 62 (1:2), Klesio Bauk, 64 (1:3), Bəhlul Mustafazadə, 76 (2:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
"Bank Respublika Arena"
İlk oyun - 0:3
15:00. "Zirə" - "Səbail" - 1:0
Qol: Sezar Rodrigez, 105+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0
20 dekabr (cümə)
17:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
"Kapital Bank Arena"
20:00. "Keşlə" - "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
"ASCO Arena"
Milli.Az