İdman

"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı bəyanat yaydı

14 Noyabr 2025 20:41
Baxış: 391
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" klubu noyabrın 5-də UEFA Gənclər Liqası çərçivəsində keçirilən "Qarabağ" - "Çelsi" matçında tribunada bir azarkeşin rəqib oyunçuya qarşı irqçi jestləri ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, "Qarabağ" klubu həm meydanda, həm də meydandan kənarda istənilən irqçiliyi, ayrı-seçkiliyi və ya nifrət dolu davranışı qətiyyətlə pisləyir:

"Bu qəbuledilməz hərəkət bizi çox narahat etdi. Bu cür davranış "Qarabağ" FK-nın, azarkeşlərimizin və ya Azərbaycan xalqının dəyərlərini təmsil etmir. Məsul şəxs müəyyən edilib və məsələ dərhal araşdırılması üçün yerli hüquq-mühafizə orqanlarına göndərilib.

"Qarabağ" FK hər hansı bir irqçiliyə və ayrı-seçkiliyə qarşı sıfır tolerantlıq siyasətini bir daha təkrarlayır. Futbol birlik, hörmət və bərabərlik oyunudur, həmişə müdafiə edəcəyimiz prinsipləri özündə birləşdirir".

"Çelsi" klubundan, təsirlənən oyunçudan və ədalətli oyun və insan ləyaqəti uğrunda mübarizə aparan hər kəsdən səmimi üzr istəyirik. "Qarabağ" klubu irqçi davranışın hər hansı bir formasına qarşı sərt tədbirlər görülməsini təmin etmək üçün polis və UEFA ilə sıx əməkdaşlığa davam edəcək", - deyə açıqlamada qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.