İdman

Serxio Ramos rekordçu oldu

19 Dekabr 2019 10:24
0 Şərh     Baxış: 1 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış "Barselona" ilə oyun "Real"ın kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, ağ futbolkada 15-ci mövsümünü keçirən 33 yaşlı müdafiəçi "El Klassiko"larda ən çox forma geyinən futbolçuya çevrilib.

İspaniya yığmasının üzvü 43-cü dəfə "El Klassiko" iştirakçısı olub. Beləliklə, arxa xətt oyunçusu əzəli rəqiblərin oyunlarında 42 dəfə iştirak etmiş Manuel Maçis, Pako Xento və Xavini geridə qoyub. "Barselona"nın lideri Lionel Messi də 42-ci belə matçını keçirdiyi üçün geridə qalıb.

Ramos ilk dəfə "Barselona"ya qarşı 2005/06 mövsümündə "Nou Kamp"da top qovub və "Real"ın 0:3 hesablı yenilgisinə şahidlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.