İdman

Türklər Amitin çıxışını qiymətləndirdilər

20 Noyabr 2011 17:16
0 Şərh     Baxış: 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə "Gaziantep BB" ilə qarşılaşmanın iştirakçısı olan "Kayseri Erciyesspor"un üzvü komandasının ən zəifləri arasında yer alıb.

Belə ki, türkiyəli həmkarlarımız Amitə 4 bal veriblər. Hansı ki, onunla yanaşı daha 3 komanda yoldaşı eyni qiymətə layiq görülüb.

Xatırladaq ki, Amit bu oyunda start heyətində meydana çıxmışdı. Lakin o, 45-ci dəqiqədə əvəzlənib. Fasiləyə 0:1 məğlub yollanan kayserililər məhz Amitin meydandan çıxmasından sonra 3 cavabsız qol vuraraq, əzmkar qələbəyə seviniblər.

Quluzadənin komandası hazırda 22 xalla birinci pillədə gedir.

Ferhat - 7, Fatih - 5, Cemil - 5, Serkan - 4, Emrah - 4 (Cenk, 89) - 7, Amit Quluzadə - 4 (Posinkoviç, 46) - 6, Kemal - 4 (Metin Tuğlu, 66) - 5, Davut Hassan - 6, Vasva - 5, Sofiane Hanni - 5, Gökhan - 5.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.