İdman

150-ci dəfə qələbə sevinci yaşadı

15 Dekabr 2019 21:10
0 Şərh     Baxış: 1 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul" İngiltərə Premyer Liqasının 17-ci turunda "Uotford"u 2:0 hesabıyla məğlub edib. Milli.Az matc.az-a istinadən bildirir ki, bu qələbə mersisaydlıların yarımmüdafiəçisi Cordan Henderson üçün əlamətdar olub.

İngiltərəli futbolçu "Liverpul"un heyətində 150-ci qələbəsini qazanıb. Henderson "qırmızılar"ın heyətində 150 qələbə qazanan 4-cü futbolçu olub. O, bu göstəricidə Sami Hyupiya, Cimi Karrager və Stiven Cerrardan geri qalır.
 
2011-ci ildə "Sanderlend"dən "Liverpul"a transfer olunan 29 yaşlı futbolçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 1 qol, 2 məshuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.