15-ci start
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Mübarizəyə bu raunddan qoşulacaq "Qəbələ" "Sabah"la ilk oyununu keçirəcək. Bu matçla kubokun son qalibi üçün yarışda 2019/20 mövsümü başlayacaq. Paytaxt təmsilçisini öncə evdə qəbul edəcək komanda 4 gün sonra cavab görüşünə çıxacaq.
"Qəbələ" ölkə kubokunda özünün 15-ci mövsümünə start verəcək. Əvvəlki 14 cəhddə "Qəbələ" 64 oyun keçirib. 65-ci görüşünü keçirəcək "qırmızı-qaralar" 34 dəfə qalib gəlib, 17 dəfə heç-heçə edib və 13 dəfə uduzub. Top fərqində ikiqat üstünlük mövcuddur. Turnirdə 106 qol vuran komanda 53 top buraxıb.
Azərbaycan kubokunda 2005/2006 mövsümündə debüt edən "Qəbələ" 1 dəfə yarışın qalibi (2018/2019) adına yiyələnib, 3 dəfə finalda (2013/2014, 2016/17, 2017/2018), 3 dəfə də yarımfinalda (2007/2008, 2008/2009, 2015/16) uduzub. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran "qırmızı-qaralar" 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində 1/8 final səddini adlamayıb.
Kubokdakı 64 qarşılaşmada "Qəbələ"nin heyətində 190 futbolçu meydana çıxıb. Onlar arasında rekordçu Ürfan Abbasovdur - 28 oyun. Vojislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı 17 kubok matçında şans qazanıb. Hazırda heyətdə olan Asif Məmmədovun hesabında 15 oyun var.
Ölkə kubokunda vurulan 106 qola 55 futbolçu imza atıb. İki top isə rəqib avtoqolu hesabına gerçəkləşib. "Qəbələ"nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimov 7, Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 dəfə rəqib qapısına yol tapıb.
"Qəbələ" bir il əvvəl də kubokun 1/4 finalında "Sabah"la görüşüb. Həmin vaxt hər iki oyunda eyni hesab qeydə alınıb. Komanda həm evdə, həm səfərdə 1:0 hesabı ilə qalib gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşmada Filip İvanoviçin avtoqolu həlledici olubsa, Bakıdakı cavab görüşündə Ceyms Ademiyi qələbə topuna imza atıb.
Xatırladaq ki, sabah keçiriləcək "Qəbələ" - "Sabah" oyunu saat 15:00-da başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?





