İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, lider "Liverpul" doğma meydanda "Everton"u qəbul edib. Liverpul derbisi "qırmızılar"ın 5:2 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 43-ə yüksəldən "Liverpul" liderliyini davam etdirir. "Everton" isə 14 xalla 18-ci yerdədir.
"Liverpul" - "Everton" 5:2
QOLLAR: Divok Orici, 6, 31, Xerdan Şaqiri, 17, Sadio Mane, 45, Georginio Wijnaldum, 90 - Miçel Kin, 21, Riçarlison, 45
Milli.Az