"Qələbəyə görə mükafat olacaq" - "Sumqayıt"ın prezidenti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qələbəni bütün Sumqayıt sakinlərinə həsr edirik. Sumqayıtın yaranmasının 70 illiyidir. Bu qələbə də bizdən şəhərimizə hədiyyə olsun. Gördüyünüz kimi, çox maraqlı oyun oldu. Birinci hissədə zəif oynadıq, istədiyimizi edə bilmədik. İkinci yarıda isə Ayxan müəllim komandanı toparlaya bildi və daha aqressiv, qələbə istəyən hücuma meyilli "Sumqayıt" gördük. İstəyimizə də nail olduq. İkinci hissəni daha yaxşı keçirdik.
- Bu qələbəyə görə xüsusi mükafat olacaqmı?
- Əlbəttə, mükafat olacaq. Amma məbləği bir az sonra özümüz danışacağıq.
- Məbləğ çox olacaq?
- Bu, klubun sirridir.
Ümumiyyətlə, qələbə haqda düşünürdünüzmü?
- Əlbəttə. Biz hər görüşə qələbə üçün çıxırıq.
- Ötən turda "Sabah" üzərində əzmkar qələbə qazandınız. Bu gün isə "Qarabağ"a qalib gəldiniz. "Sumqayıt" bir neçə turdur ki, yüksəlişdədir. Gələcəkdə bu tempi qoruyub, saxlamaq mümkün olacaq?
- Gəlin, gələcəyə baxmayaq. Əsas odur ki, bu gün komanda yaxşı oynayır. Udmuşuq, sevinirik. Gələcəkdə nə olacaq, Allah bilir.
- Qış fasiləsi yaxınlaşır. Hazırlığı hansı ölkədə keçirəcəksiniz?
- 99 faiz bu ölkə Türkiyə olacaq. Komanda artıq neçə mövsümdür ki, Türkiyəyə gedir. Bu il də çox güman ki, oraya gedəcəyik.
- Bəs, qışda transferlər olacaq?
- Ona hələ baxacağıq. Komanda yaxşı təsir bağışlayır. Əgər transfer etməli olsaq, maksimum 1 oyunçu ala bilərik. Bu günkü kollektiv bizi tam qane edir. Sadəcə olaraq oyunumuzu daha da yaxşılaşdırmaq lazımdır. Ondan sonra nəticələrimiz daha yaxşı ola bilər.
- Milli komandanın son nəticələri təbii ki, hamımızı üzdü. Bu uğursuzluğun səbəblərdən biri də yerli futbolçularımızın xaricdə legioner həyatı yaşamaması ola bilər? Bu istiqamətdə nə çatışmır? Menecerlər zəifdir?
- Bu, tam başqa mövzudur. Bu günkü oyunla heç bir əlaqəsi yoxdur. "Qarabağ" kimi komandanı udmuşuq, sevinirik. Amma indi siz başqa mövzudan sual verirsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda maşın aşdı, ölənlər var
-
"Seda Sayana dedim ki, “Biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək”"
-
"Survivor"yeni formatıı və rekord mükafatı açıqlandı
-
Koçaryanla bağlı qərar verildi
-
Hakan Fidan Bakıya gəlir
-
Aygül Şahüseynzadəyə yüksək vəzifə verildi - (Foto)
-
Pərviz Əhmədova ağır itki
-
Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı
-
Alpay vəfat etdi
-
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
-
19 yaşında atasını itirən Sonaxanım efirdə ağladı - (Video)
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı Diyarbəkirdəki görüntüləri Azərbaycanla əlaqələndirərək dezinformasiya yayıb
-
FETÖ-nü darmadağın etdilər, nurçuluğu qorudular: Türkiyə iqtidarının ikili standartı
-
Ayın 15-də leysan yağacaq - Proqnoz
-
Azərbaycanda 47 min iş yeri açılacaq
-
Sergey Lavrov Bakıya gəlir
-
Hansı meyvə və tərəvəzləri dondurmaq olmaz? - Açıqlama
-
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bu il VI Buktreyler Beynəlxalq Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
12 il əvvəlki kredit borcu hələ də silinməyib - Vətəndaşdan əlavə pul tələb olunur - (Video)
-
Valideynlərə və müəllimlərə məktəbli forması ilə bağlı çağırış
-
Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
-
Pensiya alanlara şad xəbər





