İdman

"Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik" - Obradoviç

19 Noyabr 2019 23:22
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözəri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Ukrayna ilə yoxlama oyunundan (1:1) sonra AFFA-nın saytına açıqlamasında deyib.

O, komandada müəyyən çatışmazlıqlar olduğunu bildirib: "Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldən verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.