Türkiyə Superliqa təmsilçisi "Ankaragücü" baş məşqçisi Metin Diyadinlə yolları ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Bu qərarın verilməsinə komandanın ölkə çempionatında uğursuz çıxış səbəb olub.
Qeyd edək ki, "Ankaragücü" 11 turdan sonra 9 xalla 17-ci pillədə qərarlaşıb.
Milli.Az