İdman

“Qarabağ” hansı hallarda qrupdan çıxa bilər?

8 Noyabr 2019 15:19
9 Şərh     Baxış: 2 760

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə uduzan "Qarabağ" növbəti mərhələyə yüksəlmək şansını azaldıb. Komanda qalan iki matçda qələbə qazansa belə, qrupdan çıxmaya bilər. Bakıda heç-heçə edib, öz meydanında qələbə qazanan APOEL şəxsi görüşlərdə üstündü və yekunda xallar bərabər olsa, Kipr klubu 1/16 finala çıxacaq.

Milli.Az xəbər verir ki, 4 turdan sonra 12 xal yığan "Sevilya" təkcə növbəti mərhələni yox, qrup liderliyini də təmin edib. "Qarabağ"la APOEL-in 4 xalı var - öz aralarındakı oyunlara görə Nikosiya təmsilçisi 2-cidi. 3 xalla sonuncu yerdə qərarlaşan "Düdelanj"ın da növbəti mərhələ şansı qalır.

Komandaların real gücünü və qrupdakı mövcud durumu nəzərə alsaq, "Qarabağ" hansı hallarda 1/16 finala yüksələ bilər? İlk növbədə onu qeyd edək ki, bu, o qədər də yüksək ehtimal deyil və sürprizlər sayəsində reallaşa bilər.

APOEL-in "Düdelanj"la səfər, "Sevilya" ilə ev oyunu qalıb. "Qarabağ" isə İspaniyaya səfər edəcək, lüksemburqlularla öz meydanında qarşılaşacaq.

Əgər növbəti tur "atlılar" Sevilyadan xalla dönə bilməsə, APOEL "Düdelanj"ı məğlub etməklə mərhələ adlayacaq. Azərbaycan təmsilçisi İspaniyada ən azı 1 xal əldə etsə, Kipr klubu səfərdə qələbə qazansa belə, ikinci pillənin sahibi son turda müəyyənləşəcək.

Hazırda qrupda bir çox şey "Sevilya"nın qalan oyunlara necə yanaşmasından asılıdır. Növbəti mərhələyə vəsiqə problemini həll edən əndəlusiyalıların növbəti matçlara ciddi yanaşmayacağı güman edilir. Belədə, "Qarabağ"ın səfərdə, APOEL-in evdə bu komandadan xal alması inandırıcıdır. Bu isə o anlama gəlir ki, təmsilçimiz üçün "Düdelanj" - APOEL görüşü xüsusi əhəmiyyətə malikdi. Artıq bu mövsüm bir dəfə sürprizə imza atıb, səfərdə kiprliləri məğlub edən "cırtdan ölkə" təmsilçisi öz meydanında da ən azı uduzmamalıdır. Lüksemburqda heç-heçə qeydə alınsa, "Qarabağ" da öz növbəsində Sevilyadan xalla qayıda bilsə, Bakıda "Düdelanj"ı məğlub etməklə mərhələ keçmək olar. Bunun üçün "Sevilya"nın da səfərdə APOEL-ə uduzmaması lazımdır. İspaniyadan xalsız qayıtmaqla da qrupdan çıxmaq olar. Bunun üçün yenə "Düdelanj" öz meydanında APOEL-ə uduzmamalı, "Sevilya" son turda Kiprdə qalib gəlməli, "Qarabağ" isə Lüksemburq klubunu məğlub etməlidir.

"Qarabağ" üçün ən yaxşı ssenari isə bir qədər fantastik görünür. Komanda səfərdə "Sevilya"nı məğlub edə bilsə, 1/16 final mübarizəsində favoritə çevriləcək. Bu halda hətta APOEL-in "Düdelanj"ı məğlub etməsi də bizi qorxutmamalıdır. Son turda "Qarabağ" özü Lüksemburq klubunu məğlub edib, "Sevilya"nın Kiprdə uduzmamasını gözləməlidir (Futbolpress).

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Mamed · 8 Noyabr 15:2180

    Apoel klubu Xəzər Lənkəran kimi dağılsa Qarabağ qurupdan çıxa bilər.

    Cavab yaz
  • Anonim
    123 · 8 Noyabr 15:2550

    Qarabagin bu qeder wansi olsa bele yene qrupdan cixmaq wansi azdi.Cunki 90 deq fiziki gucleri catmir 1de gucum xetti berbad Rewadi da deyesen 40 yasa qeder oyanadacaqlar beleynen qrupdan cixmaq olar?

    Cavab yaz
    • Anonim
      Y7 · 8 Noyabr 15:4030

      Rəşad nəinki 40 yaşdan hətda 50 yaşda da Qarabağda oynayacaq. Qurban onda deyər Rəşad yaşana görə silinib atıla bilməz.

      Cavab yaz
  • Anonim
    Mən · 8 Noyabr 15:4241

    Bu qurupdan çıxa bilməyən Qarabağ elə həmişə qurupda qalaçaq

    Cavab yaz
  • Anonim
    Rovshen · 8 Noyabr 16:2130

    Qurban Qurbanovnan Reshadin bize yaziglari gelende. Cashqani yere cirpdim ushaqlar 2 saat tozsoranla shushe qirigi temizleyibler

    Cavab yaz
    • Anonim
      Y7 · 8 Noyabr 16:3630

      Nə edəsən qardaş. əsəb xəstəliyinə salıblar bizləri.

      Cavab yaz
  • Anonim
    resul · 8 Noyabr 16:4900

    Kagiz her sheye dozer

    Cavab yaz
  • Anonim
    Tam Maxfi. · 8 Noyabr 18:0500

    Bu biabirciliqdan qurtarsaq yaxsidi.

    Cavab yaz
  • Anonim
    Aydin · 8 Noyabr 20:5400

    Bashini burax bunlarin...onlara gore seher ishede gec getdim...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.