İdman

Fransa millisində ciddi itki - Türkiyə ilə oyunda olmayacaq

12 Oktyabr 2019 14:14
0 Şərh     Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa millisi ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Nqolo Kante Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə səfərdə keçirilən oyundan (1:0) öncə isinmə hərəkətləri edərkən zədələnib. "Çelsi"nin futbolçusunun zədəsinin nə qədər ciddi olduğu hələlik məlum olmasa da, 28 yaşlı yarımmüdafiəçinin seçmə mərhələnin növbəti turunda Türkiyə ilə oyununda meydana çıxa bilməyəcəyi bildirilir.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Fransa - Türkiyə matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.