"Oğlum nadinclik edəndə onu küncə qoyuram" - Messi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Barselona"nın kapitanı Lionel Messi İspaniyanın "RAC1" radiosuna geniş müsahibə verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu bir çox məsələlərdən danışıb.
Ronaldo haqqında: "Ronaldonun "Real"da qalıb oynamasını istəyərdim. O, "El Klassikol"lara rəqabət qatır. Bununla belə, "Real" mübarizəni davam edəcək. Çünki onlar yaxşı oyunçulara sahibdirlər. Amma artıq komandanın itkisini hiss edəcəyini söylədim. Ancaq onların hər bir titul uğrunda mübarizə aparmalarına imkan verən çox sayda oyunçulara və zəngin tarixə malikdirlər ".
Ən yaddaqalan qolu barədə: "Bunu dəfələrlər demişəm, Çempionlar Liqasında "Roma"ya qarşı və finalda "Mançester Yunayted"ə qarşı vurduğum qollar".
Neymar və Qrizmann haqda: "Həqiqətən fikirləşirdim ki, Neymar yay transfer pəncərəsində komandaya qayıdacaq. Ən azından hesab edirdim ki, buraya gəlmədiyi halda, "Real"a transfer olunacaq. O, PSJ-ni tərk etmək ərəfəsində idi. Düşünürəm ki, Florentino Perez onu "Real"a gətirmək üçün nəsə edə bilərdi. Ancaq PSJ ilə danışıq aparmaq olduqca mürəkkəbdir. "Barselona"da oynamaq asan deyil. "Barsa" fəlsəfəsini başa düşməyən digər klubdan gələn hər oyunçu üçün uyğunlaşmaq çətindir. Amma Qrizmannla bağlı heç bir şübhəmiz yoxdur. O, ağıllı və səviyyəli futbolçudur. Get-gedə o da fəlsəfəmizə uyğunlaşacaq. Qrizmannın "Barselona"ya gəlməsini istəməməyim barədə deyilənlər dəqiq yalandır. Güclü futbolçular üçün bu klubun qapıları hər zaman açıqdır".
"Barselona"dan getmək istədiyi barədə: "Bu fikir mənim ağlımda çoxdan var idi. Mən nəinki Barselonanı, hətta İspaniyanı tərk etmək istəyirdim. Hiss edirdim ki, məni burada incidirlər və daha klubda qalmaq istəmirdim. Mənə bir çox klubdan təklif var idi, amma heç vaxt rəsmi təklifim olmadı. Çünki hamı mənim "Barselona"da davam etmək istəyimi bilirdi. 2013 və 2014-cü illərdə maliyyə məsələləriylə bağlı problemlər ortaya çıxdı. Bu, mən və ailəm üçün çətin idi. Bir çox insan mənim hansı hisslər keçirdiyimi bilmir. Burada çox məmnunam və fikrim "Barselona"da qalmaqdır. Heç nə dəyişməyib. Artıq aydın olur ki, karyeramı burada bitirəcəm. Bu, mənim və ailəmin fikri, və kluba, şəhərə aid olan hisslərimdir. Uşaqlarımın dostluğunu, onların ətraflarını dəyişdirmək və ya bunun pozulmasını istəməzdim. Mən bu klubla yaşamalıyam".
Valverde haqqında: "Yarımfinalda "Liverpul"a məğlub olmaq bizim səhvimiz idi. Bu hal "Roma" ilə oyundan sonra yenidən yaşandı. Komanda olaraq qərar verdik ki, o qalıb buradakı işini davam etdirməlidir. Biz Luis Enrike və ondan əvvəl gələn məşqçilər kimi onu da sevir və dəstəkləyirik".
"Qızıl top" haqda: "Bu mükafatı qazanmamağım mənimçün üzücü olmaz. Belə mükafatlar çox gözəl tanıtımdır, lakin mənimçün onları qazanmaq prioritet deyil. Yeni mövsüm Çempionlar Liqasını qazana bilməmək daha üzücü olardı. Sonuncu dəfə bu titulu qazanmağımızdan 5 il keçir".
Ona olan münasibət haqda: "Azarkeşlərin məni Tanrı adlandırmalarını xoşlamıram. Olduqca şişirdiblər. Övladlarım da bu fikirləri eşidir və təkrarlayırlar. Onlar məni "Vamos (irəli) Leo Messi" adlandırırlar".
Oğlu haqda: "Mateo nadinclik edəndə onu küncə qoyuram ki, sakitləşsin. O isə küncə doğru qaçır və qışqırır: "Künc zərbəsi tez yerinə yetirildi... Origi!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)
XƏBƏR LENTİ
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)





