"Mənim üçün çox özəl oyun olacaq" - Miçel
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah İspaniyanın "Sevilya" klubunu qəbul edəcək "Qarabağ"ın futbolçusu Miçel oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirdi:
- Bizim üçün "Sevilya" kimi komandaya qarşı oynamaq çox xoşdu. Məlumatımız var ki, keçən mövsümün sonunda baş məşqçini dəyişiblər. Bir çox futbolçu komandanı tərk etsə də, yerlərinə güclü oyunçular gəlib. Ancaq bizim də öz arzularımız var. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
- Rəqibin İspaniya təmsilçisi olması sizə nəsə deyirmi, yoxsa sıradan bir rəqib, adi oyundu?
- Bu, şəxsən mənim üçün özəl bir oyundu. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdi. Çalışacağıq ki, bütün matçlardan zövq alaq və azarkeşlərimizi sevindirək.
- Komandada 3 ispan futbolçu var. Aranızda "Sevilya"ya qarşı necə oynamaqla bağlı söhbətiniz olubmu?
- 3 gün əvvəl çempionatda vacib matç var idi, daha çox ona yönəlmişdik, sonra istirahətimiz oldu. Bu gündən danışmaq üçün imkanımız olacaq. Doğrudan da, öz ölkənin komandasına qarşı oynamaq özəldi. Doğma meydanda çıxış ecdəcəyik, zövq almağa çalışacağıq.
- Vaxtilə "Sevilya"ya qarşı çox oynamısız. Bu komanda ilə oyunlar hansı məqamlarla yadda qalıb?
- Bəli, bunlar illər öncə olub. Əvvəlcə "Sportinq Xixon", sonra "Xetafe"nin heyətində. Həm xoş, həm də xoşagəlməz xatirələr var. Udduğumuz və uduzduğumuz oyunlar olub. "Sevilya" hər zaman Çempionlar Liqasında oynamağa can atan komandadı. Bizi çətin oyunlar gözləyir.
- "Sevilya"da yaxından tanıdığın kimsə varmı? Varsa, kimləsə görüşəcəksənmi?
- "Xetafe"də bir yerdə oynadığım Eskudero burdadı. Hələ ki, danışmaq imkanımız olmayıb, sabah imkan olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi





