İdman

“Qarabağ”da şok itki - “Sevilya” ilə oyunu buraxır

17 Sentyabr 2019 17:31
4 Şərh     Baxış: 2 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniya "Sevilya"sını qəbul edəcək "Qarabağ" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun hücumçusu Mahir Emreli "Neftçi" ilə ötən şənbə günü keçirilən Premyer Liqa matçında zədə alıb. Bu səbəbdən onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Mahirin "Sevilya" ilə görüşü buraxacağı dəqiqləşib.

Xatırladaq ki, "Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.