İdman

“Qarabağ” azarkeşləri birinci oldu - UEFA-nın hesabatında

12 Sentyabr 2019 17:59
1 Şərh     Baxış: 1 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsinə qatılan klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində azarkeşləri ən aktiv olan klubun adını açıqlayıb.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, bu, Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" klubudu. 

Ağdam komandasının hər bir izləyicisinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiya "Srvena Zvezda"sı dayanır. Hollandiyanın "Ayaks" klubu isə 3-cü sıradadı.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub İspaniya təmsilçisi "Real Madrid"dir - 222 milyon. Bu, 2019-cu ilin iyul ayının göstəricisidi.

2018-ci ilin iyunundan 2019-ci ilin müvafiq dövrünə qədər Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) yer alan 80 klublun sosial şəbəkələrdəki səhifələrində ümumilikdə 8,4 milyard fəaliyyət olub (bəyənmə, şərh, paylaşım).

Qeyd edək ki, hesabat hazırlanarkən, "Facebook", "Instagram", "YouTube" və "Twitter"dəki göstəricilər nəzərə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.