İdman

Çempionlar Liqasında mübarizəni dayandıran klubun baş məşqçisi qovuldu

14 Avqust 2019 19:19
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın "Dinamo" (Kiyev) klubu baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də göndərilib.

"Dinamo" Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən (0:1, 3:3) Belçikanın "Brügge" klubuna uduzaraq mübarizəni dayandırıb. Bu səbəbdən Xatskeviç və digər məqşçilər vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, Xatskeviç 2017-ci ilin yayından paytaxt klubunu çalışdırırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.