Azərbaycan futbolunun veteranlarından İsgəndər Cavadov 55 yaşının tamam olması münasibətilə azerisport.az saytının suallarını cavablayıb, arzularından danışıb.
- Sentyabrda anadan olsanız da, ad gününüzü noyabrın 1-də qeyd edirsiniz. Niyə?
- Bəli, sentyabrın 20-də anadan olmuşam. 55 illiyimi böyük təntənə ilə, yüksək səviyyədə qeyd etmək istəyirdik. Rusiyanın veteranlarından ibarət yığmasının Bakıya gəlməsini gözləyirdik. Onlar bizdən xahiş etdilər ki, yubileyi oktyabra saxlayaq, buna görə də hər şeyi təxirə saldıq. Amma sonradan onlar ümumiyyətlə gələ bilmədilər. Ona görə də yubileyi bu gün keçirməli olduq. Sağ olsunlar Milli Məclisin məni dəstəkləyən deputatları.
- Geridə qalan dövrə qısaca nəzər salmağınızı istərdik...
- 55 yaş az deyil. "Neftçi"də oynadığım uşaqlıq günlərimi xatırlayıram. Öz karyeramdakı qızıl ili tez-tez xatırlayıram. Yadıma gəlir ki, ilk dəfə "Neftçi"nin avtobusunu görəndə düşünmüşdüm ki, görəsən mən bu klubda oynaya biləcəm. Böyük çətinliklə də olsa, mənə bu müyəssər oldu. Belə komandada oynadığıma sadəcə inanmırdım. Bu, Azərbaycan futbolunun tarixidi. O vaxt komandada Anatoli Banişevski kimi ulduzlar çıxış edirdilər. Gənc idik, əsas heyətə düşəcəyimizə inanmırdıq. Amma mən özümü xoşbəxt sayıram ki, karyeramda "Neftçi"nin xüsusi yeri var.
- Özünüzə nə arzu edərdiniz?
- 55 yaşımda sağlam olmaq istərdim. Bütün dostlarıma da bunu arzulayıram. İnsan üçün hər şeydən önəmli olan özünü yaxşı hiss etməsidi. Əgər o, sağlamdısa, yaşının neçə olmasının o qədər də əhəmiyyəti yoxdur.
- Sizi bu gün kimlər təbrik edib?
- Mən təbrikləri hələ öz ad günümdə almışdım. Həmin insanlar bu gün yenə təbrik edirlər. Doğmalar, yaxınlar, futbol veteranları, dostlar, klublarda çalışanlar - hamı zəng edir, xoş sözlər söyləyirlər. Məni yada salan hər kəsə təşəkkürümü bildirirəm.
- Həyata keçməsini arzuladığınız nəsə var?
- Mənim bir arzum var - Azərbaycan futbolu dünyada özünə yer eləsin. Mən inanıram ki, bizim futbol Avropada öz sözünü deyəcək səviyyəyə çatacaq. İndi elə ölkələr futbol oynayır ki, heç fərli bir şəraiti də yoxdu. Biz digərlərindən daha yaxşı oynamalıyıq. Çünki Azərbaycanda idmana böyük qayğı var. Klublarımızı Çempionlar Liqasını, Avroliqanın qrup mərhələrində görmək istəyirəm. Bax, budur mənim arzum.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İsgəndər Cavadov: "Mənim bir arzum var - Azərbaycan futbolu..." - MÜSAHİBƏ
1 Noyabr 2011 22:48
0 Şərh
Baxış: 815

DİGƏR XƏBƏRLƏR
-
Zehra Güneşin VİLLAsı sosial medianı "çalxaladı": bu detal... - FOTOlar
-
Əminə Əliyeva: "Növbəti hədəfim Olimpiya çempionu olmaqdır"
-
Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi - Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti
-
“Rəşad Sadıqov harada oynayıbsa, lider olub”
-
Qurban Qurbanov penaltini vura bilmədi - VİDEO
-
Kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıtdı
XƏBƏR LENTİ
-
Hər şeyi bucür etsəniz, pulunuz olacaq - bürclərə ipucu
-
Azərbaycana ən çox bu ölkələrdən gəlirlər
-
“Alış-verişdə qiymətə baxmıram, kassada deyir ki...” - VİDEO
-
Qısa sərinlik, uzun müddətli zərər: Qazlı içkilərin ZƏRƏRLƏRİ
-
Dırnağınız tez qırılırsa, bunları edin
-
Ən ağıllı insanlar bu qan qrupundan olurlar
-
Əsnəmək düşündüyünüzdən daha təhlükəli ola bilər - Yoxlanmaq lazımdır
-
Zehra Güneşin VİLLAsı sosial medianı "çalxaladı": bu detal... - FOTOlar
-
İstanbul görüşünün nəticələri: Kim nə qazandı?
-
Everesti fəth edən azərbaycanlı qadın: "Hələ də canlar alır" - VİDEO
-
Tramp: Rusiya və Ukrayna danışıqlara başlayacaq
-
Zelenski Trampla telefon danışıqlarının təfərrüatını açıqladı
-
Günün qoroskopu: Qəlbinizin səsinə qulaq asın
-
Bakıda iki sərnişin avtobusu toqquşdu - yaralılar var - VİDEO
-
“Brent” bahalaşdı
-
Əminə Əliyeva: "Növbəti hədəfim Olimpiya çempionu olmaqdır"
-
Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqladı
-
Əminə Əliyeva dünya çempionatında əzmkarlıq nümayiş etdirdi - Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti
-
Fərid Şahbazlının milli mətbuatın 150 illik yubileyi ilə bağlı məqaləsi xarici KİV-lərdə dərc edilib-FOTO
-
Şəbnəm Tovuzlu Nəfəsə söz atdı: "Heç birinizin mənim kimi..."
-
“Rəşad Sadıqov harada oynayıbsa, lider olub”
-
Bakıda bir nəfər 9 ədəd qaşığı necə udub? - təfərrüat - VİDEO
-
“Televiziyada “ləçər kişi” obrazı yaranıb"
-
Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?