İdman

Messi üzr istədi

20 İyul 2019 23:49
2 Şərh     Baxış: 1 432

Argentina millisi və "Barselona"nın kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) rəsmi şəkildə üzr istəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb. 32 yaşlı futbolçunun bəyanatının bu gün yerli futbol federasiyası tərəfindən sözügedən quruma göndərildiyi bildirilib. Üzrxahlıq mesajında federasiya nümayındələrinin izahlı şərhləri də yer alıb. Onların sözlərinə görə, Messi CONMEBOL-dakı rüşvət iddiaları haqda danışarkən rəsmi şəxsləri deyil, hakimləri nəzərdə tutub. Həmçinin federasiya hesab edir ki, Leo sözügedən məsələyə görə günahlandırılmamalıdır. Çünki o, həmin vaxt gərgin psixoloji durumda olub.

"La Nacion" nəşrinin iddiasına görə, CONMEBOL Messi ilə bağlı intizam işini bağlayacaq. Bu isə o deməkdir ki, forvard həm cəzadan, həm də cərimədən xilas olacaq.

Qeyd edək ki, qurum haqda ittihamlarına görə Messinin 2 il müddətinə millinin oyunlarından kənarlaşdırması gündəmdə idi.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Xaker · 21 İyul 14:1802

    Uzun sozun qisasi tupurduyunu Messiye yalatdirdilar.

    Cavab yaz
  • Anonim
    Barcelona · 21 İyul 16:2000

    zato öz sözünü demşdi və təhqirdə etdu nolsun haki üzr isdəsin zato messi spzünü demişdi bızilər kimi gizlənməmiçdi daşın arxasında

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.