İdman

"Arsenal" - "Neftçi" görüşündə alban hakimlər

20 İyul 2019 13:13
0 Şərh     Baxış: 1 296
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Arsenal" (Tula, Rusiya) - "Neftçi" matçının hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda keçiriləcək "Arsenal" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.