İdman

“Şeydayev oyunu öz üzərinə götürməyə utanır” - Xoxlov

13 İyul 2019 13:54
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva "Dinamo"sunun baş məşqçisi Dmitri Xoxlov futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin bu klubdakı rəsmi debütünü qiymətləndirib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Premyer Liqada yeni mövsümün ilk turunda Tulada "Arsenal"la görüşdə yeni transferlərdən, o cümlədən əsas heyətdə yer verərək 88-ci dəqiqədə əvəzlədiyi hücumçumuzdan ümumilikdə razı qalıb: 

"Yeni futbolçularımız Sebastyan Şimanksi ilə Ramil Şeydayev komandada çox olmayıblar. İlk matç üçün pis deyildi. Meydanda aktivlikləri çox olmalıdı. Oyunu öz üzərinə götürməyə utanırlar. Belə isə hər şey irəlidədi. İki fərqli hissə keçirdik. İkinci hissədə nə baş verdiyi ayırd edəcəyik. Təşəbbüsü əldən verməyi planlaşdırmırdıq. İlk hissədə matça nəzarət edirdik, fasilədən sonra isə hər şey dəyişdi. Qalib psixolojiyasını seçmək lazımdı, daha 1 qol vurub sonra rəqibin hücumlarının qarşısını almaq yox. Başa düşmürəm ki, ikinci hissədə niyə başqa cür çıxış etdik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.