İdman

"Qarabağ"ı keçmək həm də yeni maliyyə resursları deməkdir"

20 İyun 2019 21:14
0 Şərh     Baxış: 1 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaxtımız elə də çox deyil. "Qarabağ"la oyunadək hazır olmalıyıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani"nin yeni baş məşqçisi Franko Lerda İtaliya mətbuatına açıqlamasında deyib. Təyinatı haqda danışan italiyalı mütəxəssis Ağdam klubu ilə keçirəcəkləri oyunlara da toxunub:

"Qarabağ"la hər iki matçda turu keçmək üçün mübarizə aparacağıq. Bu, həm də yeni maliyyə resursları deməkdir. Bundan sonra Alban futbolunda dönüş ola bilər. Avrokuboklardakı debüt oyunumuzda bizdən daha təcrübəli komanda ilə qarşılaşacağıq. Amma mən komandama inanıram. Kollektivlə bağlı ilkin təəssüratlarım müsbətdir".

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.