İdman

Futbolçunun ölümü ilə bağlı yeni xəbər - Bir nəfər saxlanıldı

20 İyun 2019 18:11
0 Şərh     Baxış: 1 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvarında təyyarə qəzası nəticəsində həyatını itirən argentinalı futbolçu Emiliano Salanın ölümü ilə əlaqədar bir nəfər saxlanılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərə polisi məlumat yayıb. Lakin həmin şəxsin adı açıqlanmayıb. Şimalı Yorkşayr bölgəsində saxlanılan kişinin 64 yaşında olduğu bildirilib.

Qeyd edək ki, Fransanın "Nants" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.