İdman

Mbappeyə yeni müqavilə təklif edildi

15 May 2019 23:10
0 Şərh     Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ hücumçusu Kilian Mbappeni satmaq istəmir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi hətta gənc forvarda yeni müqavilə də təklif edib.

"Real"ın transfer etmək istədiyi 20 yaşlı oyunçunun hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir. PSJ müddətlə yanaşı, Mbappenin maaşını da artırmaq niyyətindədir. Fransızlar Mbappenin başqa klubla görüşünün qarşısını almaq üçün qısa müddətdə onunla sözləşməni yeniləməyə çalışır.

Qeyd edək ki, "Real" Kilian Mbappeni 250 milyon avroya transfer etmək fikrindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.