İdman

MDB və Baltika ölkələri 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini dəstəkləməyə çağırılıblar

20 Oktyabr 2011 11:57
Baxış: 502
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
MDB və Baltika ölkələri 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini dəstəkləməyə çağırılıblar. Trend-in məlumatına görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov cümə axşamı jurnalistlərə bildirib ki, Rusiya Olimpiya Komitəsinin baş katibi Marat Bariyev Bakıda MDB və Baltika ölkələrinin MOK rəhbərlərininin regional forumunda müxtəlif səsvermələrdə bir yerdə olmaqla və bir mövqe nümayiş etdirməklə bağlı çağırış edib.

Azad Rəhimov qeyd edib ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin dəstəklənməsi üçün 13 MDB və Baltika ölkələrinin MOK-ları Azərbaycana köməklik göstərə bilərlər.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Azərbaycanda Bakının namizədliyi ilə bağlı təşkilat komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı, Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.