Sağlamlıq

Paltaryuyanda gizli düymə – Qoxudan, küfdən və toz qalıqlarından qurtulmağın sirri

2 Avqust 2025 21:14
Baxış: 590
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paltaryuyan maşında yuyucu vasitə bölməsinin (toz və yumşaldıcı tökülən yer) yanında yerləşən kiçik bir düymə var. Bu gizli düyməyə basmaqla, bölməni tamamilə çıxarmaq mümkündür.

Bu da o deməkdir ki, ləkə, qalıq, küf və pis qoxuya səbəb olan çöküntüləri rahatlıqla yuyub təmizləyə bilərsiniz.

Əgər sizdə bu düymə yoxdursa, narahat olmayın

Əlavə tövsiyə

Əgər sizin paltaryuyanınızda belə bir düymə yoxdursa, o zaman təbii təmizləyici qarışıqdan istifadə edin:

Limon suyu + Qida sodası

1 stəkan limon suyu

2 xörək qaşığı soda

Bu qarışımı paltaryuyan maşının içinə töküb, 60 dərəcədə boş rejimdə işə salın. Bu üsul:

Pis qoxunu aradan qaldırır

Qabıq və toz qalıqlarını təmizləyir

Bakteriyaları məhv edir

Bu sadə, amma effektli təmizlik fəndi artıq sosial şəbəkələrdə geniş yayımlanıb. (lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.