İdman

"Ayaks" Çempionlar Liqasını tarixinə düşdü

17 Aprel 2019 15:34
0 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Çempionlar Liqasının 1/4 finalında "Yuventus"a qalib gələrək (2:1) yarımfinala yüksələn "Ayaks" turnirin tarixinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Hollandiya təmsilçisi  üç təsnifat mərhələsini keçdikdən sonra yarımfinala qədər irəliləyən ilk komanda olub.

Erik ten Haqın komandası Avstriyanın "Şturm", Belçikanın "Standard", Ukraynanın "Dinamo" (Kiyev) klubunu keçərək qrup mərhələsində AEK, "Bavariya" və "Benfika" ilə mübarizə aparıb. Yekunda 12 xal toplayan hollandlar  1/ 8 finala yüksəlib. Bu mərhələdə "Real"ı mübarizədən kənarlaşdıran (1:2, 4:1) "Ayaks" dünənki görüşdə "Yuventus"dan üstün olub. (1:1, 2:1)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.