İdman

Emil Balayevin komandası 1/4 finalda

11 Aprel 2019 09:45
0 Şərh     Baxış: 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Qazaxıstan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə 1-ci liqa təmsilçisi "Aksu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb - 3:0. Nəticədə, "Tobol" Qazaxıstan Kubokunda növbəti mərhələyə yüksəlib. 

Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü "Tobol"a keçəndən sonra ilk dəfə əsas heyətdən kənarda qalıb.

Kostanay təmsilçisinin 1/4 finaldakı rəqibi aprelin 12-də baş tutacaq püşklə müəyyənləşəcək. Mayın 8-də keçiriləcək bu mərhələdə qalib bir görüşlə müəyyənləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.