İdman

"Kobra" növbəti döyüşünə çıxacaq

10 Aprel 2019 21:24
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə "Vendetta Fights" peşəkar kikboksinq turniri keçiriləcək.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə peşəkar kikboksinq üzrə  6 qat dünya çempionu, əməkdar idman ustası, "Qəbələ" İdman Klubunun təmsilçisi , Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Pərviz Abdullayev təmsil edəcək.

"Kobra" ləqəbi ilə tanınan idmançı 77 kq çəki dərəcəsində mübarizə aparacaq.
Onun rəqibi Almaniyadan olan idmançı Şkodaran Veseli olacaq. Qarşılaşma aprelin 13-də ,21:00-da baş tutacaq.
 
Qeyd edək ki, Pərviz Abdullayev 54 görüş keçirib. İdmançımız 23-ü nokautla olmaqla, 47 qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.