İdman

Xorvatiyalı diplomat: "Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir" - FOTO

17 Mart 2019 17:03
Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Milli Gimnastika Arenası möhtəşəmdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində Xorvatiyanın müvəqqəti işlər vəkili Branko Zebiç.

B.Zebiç bildirib: "Mən ilk dəfədir ki, buradayam, çünki bu vəzifəyə cəmi 6 ay əvvəl təyin olunmuşam. Bu, çox gözəl arenadır. Mən bir neçə gün əvvəl bizim gimnastlarla görüşmüşəm, onlarda həmçinin burada yaradılan şərait və qonaqpərvərlikdən razıdırlar".

Müvəqqəti işlər vəkili Xorvatiya gimnastlarının çıxışını şərh edərkən onların çıxışından razı olduğunu qeyd edib.

Xatırladaq ki, bu gün Xorvatiya gimnastı Tin Srbiç idman gimnastikası üzrə Dünya Kubokunda turnikdə hərəkətlər üzrə ikinci yeri tutub.

Qeyd edək ki, Bakıda 14-17 mart tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayıb. Olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.