Ölkə

Xocalıda yaşayış kompleksi 3,34 hektar ərazini əhatə edir

29 May 2024 17:57
Baxış: 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürətlə reallaşan Böyük qayıdış, plana uyğun və mərhələli şəkildə davam edir. İşğaldan azad edilən ərazilərə qayıdan ailələrin sayı günü-gündən artır. Demək olar ki, hər ay, hər həftə onlarla ailə yurduna qovuşur. Böyük qayıdışın realladırıldığı Xocalı şəhəri kimi. Ötən gün 28 May tarixində 32 ildən sonra Xocalılar Müstəqqillik günündə öz dədə baba torpağına qayıtmaqla iki qat sevinc yaşadılar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 31 il işğalda olan Xocalı rayonu azad olunduqdan qısa müddət keçməsinə baxmayaraq artıq bərpa olur, yenidən qurulur, məcburi köçkünlər öz dədə-baba torpağına geri qayıdır.

Əbədi və əzəli torpağına qaydan keçmiş köçkün ailələr müasir tipli evlərlə təmin olunub. 31 il müddətində erməni işğalında olan Xocalı minalardan, hərbi silah sursatlardan təmizlənib və yenidən qurulur.

Dövlətimiz soydaşlarımızın geri qayıtması üçün işğal dövründə ermənlərin xarabalığa çevirdiyi Xocalı şəhərini möhtəşəm bir yaşayış məntəqəsinə çevirib. Beləliklə 32 illik həsrət bitdi və işğaldan azad olunan digər rayonlarımız kimi Xocalıyada böyük qayıdış reallaşdı. Xocalı sakinləri illərdir həsrətini çəkdikləri doğma torpaqlarına əbədi yaşayıb-yaratmaq üçün geri döndülər. Öz qayıdışları ilə doğma torpaqlara yenidən həyat gətirdilər.

Qeyd edək ki, Xocalıya köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yardımçı tikililər, və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərinə 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib. Həmçinin Xocalıya yeni ailələrin köçürülməsi üçün, şəhərdəki yarımçıq tikili olan yaşayış kompleksi əsaslı təmir edilib. Kompleks 3,34 hektar ərazini əhatə edir. Burada hər biri ikigirişli olmaqla üçmərtəbəli 15 binada ikiotaqlı, üçotaqlı və dördotaqlı 80 mənzil var. Kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.