Azərbaycan gimnastı: "Azarkeşlər mənə çox kömək etdi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tribunalardakı azarkeşlər idmançıları çox yaxşı dəstəklədilər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda halqalarla hərəkətlərin yekunu üzrə gümüş medal qazanan Azərbaycan gimnastı Nikita Simonov deyib.
N.Simonov bildirib ki, azarkeşlərin dəstəyi və ruhlandırması idmançılar üçün çox yaxşıdır: "Bu, bəzi növlərdə çıxış zamanı çaşdırır, lakin halqalarla hərəkətlərdə idmançısı ürəkləndirir. Azarkeşlər mənə çox kömək etdi, onlara minnətdaram".
O, Dünya Kubokunun finalında qazandığı nəticədən razı qaldığını vurğulayıb: "Yaxşı çıxış alındı, təsnifatda səhvə yol verdim. Finala qədər çalışdım, kombinasiyanı kobud səhvə yol vermədən məşq etdim".
Azərbaycan gimnastı deyib ki, bazar ertəsi idman gimnastikası üzrə Dünya Kuboku mərhələsinin keçiriləcəyi Dohaya (Qətər) yola düşəcək: "Yarışa köklənəcəyik ki, daha yaxşı çıxış edək".
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.
Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
XƏBƏR LENTİ
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir





