İdman

"Mənə elə gəldi ki, bizi qəsdən cəzalandırdılar”- "Lion" prezidenti

14 Mart 2019 17:24
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lion" prezidenti Jan-Mişel Olas komandasının ÇL-nin 1/8 final mərhələsində "Barselona"ya böyükhesablı (1:5) məğlubiyyətinə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, prezident hakimin penalti qərarından narazı qaldığını deyib.

"Birinci yarı bizim üçün çox çətin keçdi. Rəqibin topa nəzarət etməsi və hakim səhvi oyununu taleyini həll etdi. Düzdür, "Barselona" yaxşı oynadı. Lakin darmadağın edəcək qədər güclü deyildi. Qapımıza penalti təyin olunmasına təəccübləndim.

Gözlənilməz qərar idi. Məhz penaltidən sonra "Lion" özünü tam itirdi. Mənə elə gəldi ki, bizi qəsdən cəzalandırdılar. VAR bizim əleyhimizə işlədi. Videotəkrar matçın nəticəsinə təsir etməməlidir", - klub prezidenti vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.