İdman

“Fərqli nəticəyə ümid edirdik” - Valverde

20 Fevral 2019 12:22
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın baş məşqçisi Ernesto Valverde, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Lion"la 0:0 hesablı bərabərliyə razılaşdıqları qarşılaşmadan sonra fikirlərini bölüşüb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis nəticədən razı qalmadığını bildirib:

"Statistikaya və yaratdığımız qol epizodlarına baxsaz, nəticədən razı qalmadığımı bilərsiz. Onsuz da, Çempionlar Liqasının səfər oyunlarında qalib gəlmək çətindir, bunu inkar etmirik, amma daha fərqli nəticəyə ümid edirdik. Məsələni şişirtmirəm, amma yarada biləcəyimiz hər cür qol epizodunu yaratdıq. Bütün yolları sınadıq, buna görə də, oyunumuzdan razı qaldım və bu "performans"a görə xoşbəxtəm".

İspan mütəxəssis Osman Dembelenin oyununu da dəyərləndirib:

"Dembele ilk hissədə topla çox oynadı. Bir aydan çox müddətdə zədədən əziyyət çəkirdi və sadəcə, keçən şənbə günü meydanda oldu. Bu gün çox yaxşı oyun göstərdi və yorulduğu üçün onu əvəzləmək məcburiyyətində qaldım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.