Sağlamlıq

Şampuna 3 damcı əlavə edin - Bu problemlərdən qurtulun

23 May 2024 01:01
Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekzema ciddi bir dəri problemidir. Ekzemanın simptomlarına qaşınma, quruluq və qızartı daxildir. Bu tip problemlər xüsusilə saç dərisində baş verdikdə vəziyyət daha çətin hal alır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, şam ağacı qozasından əldə edilən yağ bu problemlərdən asan şəkildə xilas olmağı vəd edir.

Şam qozası yağının ekzema ilə yanaşı, sızanaq, "rozasea" və göbələklərin müalicəsində də təsirli olduğu bilinir.

Bəs bu yağdan necə istifadə etmək lazımdır?

Mütəxəssislər çox güclü olduğu üçün bu yağı birbaşa saça tətbiq etməyi məsləhət görmürlər. Ən asan üsul istifadə etdiyiniz şampuna yağdan bir neçə damcı əlavə etməkdir. Ancaq daha tez nəticə əldə etmək üçün aşağıdakı üsulu da sınaya bilərsiniz:

Bir qabda suyu qaynadın və içərisinə bir neçə damcı şam qozası yağı əlavə edin. Daha sonra üzünüzü və baş dərinizi buxara tuta bilərsiniz.

Bu prosedur saç follikullarının qidalanmasında böyük əhəmiyyətə malikdir. Canlı və parlaq saçlara sahib olmaq imkanı verir.

Üzünüzü buxara tutarkən dərindən nəfəslər alsanız, həm də tənəffüs yollarınız rahatlaşacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.