Şou-biznes

Yaşar Nuri və Rasim Balayevin unudulmaz rəqsi - VİDEO

6 Aprel 2026 00:32
Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan kinosunun iki parlaq simasının yadda qalan görüntüləri yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, mərhum Xalq artistləri Yaşar Nuri və Rasim Balayevin birgə rəqs etdiyi video sosial şəbəkələrdə geniş yayılıb. Görüntülərin Rasim Balayevin oğlunun toy mərasimində lentə alındığı bildirilir.

Kadrlarda iki sənətkarın səmimi və enerjili rəqsi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, nostalji hisslər doğurub. İzləyicilər onların səhnə və həyat dostluğunun bu görüntülərdə də aydın hiss olunduğunu vurğulayırlar.

Qeyd edək ki, Yaşar Nuri 2012-ci ilin noyabrında Mərkəzi Gömrük Hospitalında vəfat edib. Rasim Balayev isə bu ilin mart ayının 29-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. (Musavat.com)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.